Yan 12, 2017 13:12 Asia/Baku
  • Tramp: Obama İŞİD-i yaradıb

Amerikanın seçilmiş prezidenti 8 noyabr prezident seçkilərindən sonrakı ilk mətbuat konfransında bu ölkənin hazırkı prezidenti Barak Obamanı terrorçu İŞİD qrupunun yaradılması amili adlandırıb.

Əlaləm-in məlumatına görə, Amerikanın seçilmiş prezidenti Donald Tramp dünən bu mətbuat konfransında öz prezidentliyi dövründə Rusiya ilə əlaqələrin yaxşılaşdırılması ardınca olacağını bildirərək, deyib ki, Moskva İŞİD ilə mübarizədə Vaşinqtona kömək edə bilər.

Tramp Rusiya prezidentinin onunla səmimi əlaqəsini bir sərmayə adlandırıb və belə deyib: Biz Rusiya ilə problemlərimizi həll edə bilərik.

"Demokrat partiyasına qarşı kiber hücumunda Rusiyanın rolu ola bilər" deyən Amerikanın seçilmiş prezidenti həmçinin söyləyib: Amerika demokrat partiyasının milli komitəsinin kompüter sistemlərinə qarşı kiber hücumlarında bir çox ölkənin rolu olub və bunlar, həmin sistemlərin təhlükəsizlik baxımından zəif olmalarına görədir.

Tramp bu mətbuat konfransında ABŞ-ın CNN telekanalı müxbirinin sualını cavabsız qoyub. O, Rusiyanın Tramp barədə rüsvayedici sənədlərə malik olması və bu yol ilə onu təzyiq altında qoyması barədə həmin informasiya kanalından yayılmış son reportajı əsassız adlandırıb və vurğulayıb ki, Amerikanın kəşfiyyat orqanları bu yalan reportajın yayılmasının arxasında dururlar.

Rəsmi məlumatlara görə, Vaşinqton və onun qərbli şərikləri, o cümlədən Fransa və İngiltərə Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələrinin müşayiətilə İŞİD daxil olmaqla terror qruplarının yaradıcılarından, həmçinin maliyyə və silah himayəçilərindən hesab olunurlar.

Obamanın prezidentliyi dövründə İraq və Suriyada İŞİD terrorçuları ilə mübarizə iddialı hədəflə formalaşmış üzdəniraq anti-İŞİD koalisiyası özünün 2 yanvar tarixli hesabatında rəsmən etiraf etdi ki, 2014-cü ildə başlanmış hücumlarından bəri azı 188 mülki öz həyatını itirib.

Belə bir halda, İraq və Suriya dövlətlərinin rəsmi məlumatlarına görə, bu iki ölkənin yüzlərlə günahsız vətəndaşı həmin yalançı koalisiyanın hücumları nəticəsində ölüb və yaralanıbdır.

ABŞ ordusu dünyada ən iri hərbi büdcəyə malikdir və bu ölkə rəsmi beynəlxalq statistikalara görə, dünyada birinci silah ixracatçısıdır.

Teqlər