Yan 13, 2017 17:24 Asia/Baku
  • Karaçi əhalisi Səmər Abbasın itkin düşməsinə etiraz etdi
    Karaçi əhalisi Səmər Abbasın itkin düşməsinə etiraz etdi

Karaçi əhalisi pakistanlı insan haqları fəalı və bloqqerin itkin düşməsinə etiraz olaraq Sind əyalətinin mərkəzində Jurnalistlər Klubu yaxınlığında aksiya keçirib.

Səhər Telekanalı Urdu dilli radio-televiziyasının məlumatına görə, Karaçi əhalisi ötən gün bu etiraz aksiyasında pakistanlı insan haqları fəalı və bloqqer Səmər Abbas və digər 4 bloqqerin tapılması üçün Pakistan hökumətinin dərhal addım atmasını istəyib. 

Azlıqların hüquqlarını müdafiə sahəsində fəaliyyət göstərən bloqqer və insan haqları fəalı Səmər Abbas yanvarın yeddisində Pakistan paytaxtı İslamabada daxil olduqdan sonra itkin düşüb. 

Bundan öncə də 4-7 yanvarda Pakistanın müxtəlif şəhərlərində dörd bloqqer yoxa çıxıb. 

İnsan Haqları Gözətçisi Təşkilatı bu haqda Pakistan hökumətinin rolu barədə nigaranlıq edib. 

Pakistan hökuməti bu şəxslərin yoxa çıxmasında istənilən müdaxiləsinin olmasını təkzib edib. 

Teqlər