Fev 06, 2017 11:38 Asia/Baku
  • Nikaraqua İsrailin işğalçılıq siyasətlərini pislədi
    Nikaraqua İsrailin işğalçılıq siyasətlərini pislədi

Nikaraquanın xarici işlər naziri fələstinlilərin hüquqlarını davamlı şəkildə pozduğu üçün İsrail rejimini tənqid edib.

PressTV-nin verdiyi məlumata görə, Denis Monkada Nikaraquanın paytaxtında BMT-nin Fələstinlilərin Hüquqları Komitəsi tərəfindən təşkil edilmiş iclasda deyib: İsrailin Fələstin torpaqlarındakı işğalçılıqlarına son vermək bir zərurətdir. Biz, qanunsuz yaşayış massivlərinin salınması əməliyyatının dərhal dayandırılmasını, Qəzzənin mühasirəsinə son verilməsini və fələstinli əsirlərin azad edilməsini istəyirik. 

Monkado həmçinin deyib: BMT-nin Təhlükəsizlik Şurasında veto haqqından sui-istifadənin edilməsi İsrailin cəzasız qalmasına səbəb olub. 

Nikaraquanın xarici işlər naziri əlavə edib: İsrail üçün belə bir toxunulmazlıq qəbuledilməzdir. Çünki, fələstinlilərin hüquqlarının təmin edilməsini maneə ilə üzləşdirir. 

Monkado həmçinin, Fələstin ölkəsinin yaradılması və onun BMT-yə tam hüquqlu üzv olaraq qəbul edilməsini də dəstəkləyib. 

Teqlər