Mart 04, 2017 18:17 Asia/Baku
  • Kəşmirdə ABŞ və

Hindistanın nəzarətində olan Kəşmir sakinlərinin aksiyası təhlükəsizlik qüvvələrinin atəş açması ilə insidentlə nəticələnib.

Sərhədaşırı bölmənin Hind radiosunun məlumatına görə, yüzlərlə kəşmirli müsəlman ötən gün cümə namazından sonra Hindistan təhlükəsizlik məmurlarının təcavüzkar və repressiv siyasətlərinə etiraz olaraq aksiya keçirib və ABŞ və sionist rejim əleyhinə şüarlar səsləndiriblər.

Hindistan təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan və güllədən istifadə edib. Nəticədə bir qrup etirazçı da yaralanıb.

Etirazçılar Narndra Modi hökumətinə nifrətini bəyan edərək təhlükəsizlik qüvvələrinin hücumlarını pisləyiblər.

Kəşmirin əl-Mücahidin partiyasının rəhbəri Burhan Vaninin 2016-cı il 8 iyulda Hindistan təhlükəsizlik məmurları tərəfindən qətlə yetirilməsindən sonra, Hindistanın nəzarətində olan Kəşmirdə vəziyyət gərginləşib.

Həmin zamandan indiyə qədər Hindistan ordusu qüvvələri ilə Kəşmir sakinləri arasında qarşıdurmalarda azı 130 nəfər həlak olub, minlərlə nəfər yaralanıb və saxlanılıb.

Teqlər