FTB-nin Tramp qülləsindən casusluğu ifşa olundu
ABŞ-ın bir xəbər televiziyası Federal Təhqiqat Bürosunun 2011-2013-cü illər arasında hazırkı prezidentin qülləsindən casusluq etdiyini ifşa edib.
Əl-Aləm televiziyasının məlumatına görə, ABŞ-ın ABC xəbər televiziyası bildirib: Federal Təhqiqat Bürosu 2011-2013-cü illər arasında rusların "təqibi" zamanı ABŞ prezidenti Donald Trampın qülləsindən casusluq edib.
Çirkli pulların yuyulması, idmanda qumar və mənimsəmə ilə mübarizə çərçivəsində aparılan bu casusluq 2013-cü il aprel ayında 30 şübhəli halın aşkarlanması ilə nəticələnib.
Reportajda bildirilir: Şübhəlilər tərəfindən istifadə olunan obyekt Donald Trampın şəxsi kabinetindən sadəcə üç mərtəbə aşağıda olub. Lakin FTB iddia edib ki, araşdırma proqramı Trampı ehtiva etməyib.
Həmin məlumata görə, bu araşdırmada Vadim Trinçer adlı şəxs maliyyə sui-istifadəsinə görə cinayətkar tanınıb. Lakin əsas məqsəd Tayvançik ləqəbli Elimcan Torsunoviç Toxtaxonov adlı şəxs olub. O, qumarla 50 milyon dollar qeyri-qanuni pulu ABŞ-a keçirməkdə suçlanıb.
Bu pul çirkli pullar vasitəsi ilə Şell şirkəti və Kipr bankları ilə Amerikaya keçirilib. Maraqlısı budur ki, bu şəxs İnterpolun qırmızı xəbərdarlıq etməsinə baxmayraq hələ də həbs olunmayıb.
Donald Tramp bir müddət öncə ABŞ-ın sabiq hökumətini 2016-cı il seçkiqabağı təbliğat kampaniyasında onun qülləsini dinləməkdə suçlamışdı.