Lavrov: Yəmənin vəziyyəti faciəvidir
Rusiya xarici işlər naziri 2 il öncədən Səudiyyə Ərəbistanının irimiqyaslı bombardmanları altında olan Yəmənin vəziyyətini faciəvi adlandırıb və beynəlxalq ictimaiyyətin sükutunu tənqid atəşinə tutub.
İRNA-nın məlumatına görə, Sergey Lavrov deyib: Yəmən böyük insan faciəsi ilə üzləşib. Lakin beynəlxalq səviyyədə bu barədə o qədər də danışılmır.
Səudiyyə Ərəbistanı ABŞ və qərb və ərəb ölkələrinin dəstəyi ilə və BMT və digər insan haqları iddiasında olan qurumların sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə hərbi təcavüzə keçib və istefa vermiş prezident Əbdərəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Bu hərbi təcavüzün 11 min yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının məhv olmasından başqa nəticəsi olmayıb.
Səudiyyə Ərəbistanının hərbi təcavüzü yoxsul Yəməni ərzaq və tibbi vasitələrin çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.