Rusiya Suriyanın şimalında ABŞ koalisiyasının əməliyyata başlaması haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i263632-rusiya_suriyanın_şimalında_abŞ_koalisiyasının_əməliyyata_başlaması_haqda_xəbərdarlıq_etdi
Rusiya Müdafiə Nazirliyinin sözçüsü ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyanın şimalında Riqqə şəhərində əməliyyata başlaması haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2017 12:35 Asia/Baku
  • Rusiya Suriyanın şimalında ABŞ koalisiyasının əməliyyata başlaması haqda xəbərdarlıq etdi
    Rusiya Suriyanın şimalında ABŞ koalisiyasının əməliyyata başlaması haqda xəbərdarlıq etdi

Rusiya Müdafiə Nazirliyinin sözçüsü ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyanın şimalında Riqqə şəhərində əməliyyata başlaması haqda xəbərdarlıq edib.

İnterFax İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Fransa müdafiə naziri Jean Yves Le Drianın açıqlamasına reaksiya verib: Riqqə şəhərində ABŞ-ın başçılıq etdiyi koalisiyanın əməliyyata başlamasına tələsmək bu şəhəri ciddi insan böhranı ilə üzləşdirəcək.

2017-ci ilin sonunda Riqqə şəhərinin İŞİD-in işğalından azad olunmasına şübhə ilə yanaşan Konaşenkovun sözlərinə görə, bu şəhər yalnız Suriyada bütün qarşıdurma tərəflərinin İŞİD terror qruplaşmasına qarşı birləşdiyi halda azad olunacaq. 

Fransa müdafiə naziri son vaxtlar İŞİD terrorçularının Suriyanın Riqqə şəhərində mühasirəyə alındığını və ABŞ-ın başçılıq etdiyi koalisiyanın əməliyyatının yaxın olduğunu bildirib. 

ABŞ koalisiyası Suriyanın qanuni hökumətinin icazəsi olmadan 2014-cü ildən terrorizmlə mübarizə bəhanəsi ilə bu ölkənin yaşayış massivlərini atəşə tutur. Nəticədə minlərlə suriyalı sivil, o cümlədən günahsız uşaq və qadınlar həlak olmuşdur.