Holland: AB-dən çıxmağın Britaniya üçün ağır nəticələri olacaq
-
TASVIRI
Fransa prezidenti Avropa Birliyindən çıxmağın Britaniya üçün ağır nəticələri olacağını deyib.
Euronyus telekanalının verdiyi məlumata görə, Fransa prezidenti Fransua Holland Brüsseldə deyib: Fransa AB-nin maraqlarını müdafiə edəcək və Britaniya Avropa Birliyindən kənarda qalacağı dövrdə ən ağır şəraiti təcrübə etmiş olacaq.
Fransa prezidenti həmçinin, Avropanın hətta, Britaniyanın AB-ni tərk etməsindən sonra belə öz birliyini qoruyacağından əmin olduğunu bildirib.
Avropa Birliyinə üzv 27 ölkənin başçıları Britaniyanın bu birlikdən çıxması məsələsi qarşısında öz mövqelərini bəyan etmək və London ilə gələcək müzakirələri barədə danışıqlar aparmaq üçün şənbə günü Brüsseldə bir araya gəliblər. Britaniya bu iclasda iştirak etməyib.
Avropa Birliyi sammiti Britaniya baş naziri Tereza Meyin ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı danışıqların rəsmən başlanmasını elan etməsindən təqribən bir ay sonra keçirilir. Bu sammit Avropa Şurasının sədri Donald Tuskun təklifi əsasında London ilə danışıqların formatını hazırlamaq məqsədini daşıyır.
Britaniya xalqı 23 iyun 2016-cı ildə Avropa Birliyindən çıxmağa səs verdi.