May 05, 2017 12:09 Asia/Baku
  • Fransa prezidentliyinə namizədlərin terrorizm haqda debatı
    Fransa prezidentliyinə namizədlərin terrorizm haqda debatı

Fransa prezident seçkilərinin ikinci turunun iki namizədi bir-birini terrorizmlə mübarizədə acizlikdə suçlayıb.

France 24 televiziyasının məlumatına görə, Fransa radikal sağçı Milli Cəbhəsi partiyasının namizədi Marin Lö Pen terrorizm haqda deyib: Fransa təhlükəsizlik xidmətlərinin nəzarətində olan siyahıdakı bütün şəxslər dərhal ölkədən çıxarılmalıdır. 

Lö Pen həmçinin Parisə son səfərində Ərəbistan vəliəhdinin Lejion Donor ordeni ilə təltif olunmasını tənqid edib. 

Mötədil Emmanuel Makron da bildirib ki, prezident olduğu halda Suriya və İraqda terrorçularla savaşa girəcək. 

Prezident seçkilərinin müstəqil namizədi Lö Peni terrorçuların ürəyincə olan nifrət yaymaq və daxili müharibəyə dəvət etməkdə suçlayıb. 

Fransa prezident seçkilərinin ikici turu terror aktı təhlükəsinə görə güclü təhlükəsizlik tədbirləri altında 7 mayda keçiriləcək. 

Teqlər