Cənubi Koreada müxalifət namizədi öndə gedir
-
Cənubi Koreada müxalifət namizədi öndə gedir
Cənubi Koreada prezident seçkiləri barədə yayılan son məlumatlara görə, Demokrat Partiyasının namizədi Mon Cae İn səslərin əksəriyyətini qazanıb və prezident seçilmək şansı böyükdür.
İRNA-nın verdiyi məlumata görə, Cənubi Koreanın Demokrat Partiyasının namizədi Mon Cae İn bu gün keçirilən prezident seçkilərində səslərin 41 faizindən çoxunu qazana bilib.
Cənubi Koreada prezident seçkiləri bu gün səhər saat 6-dan başlanılıb və gecə saat səkkizə qədər davam etməlidir.
Cənubi Korea mediyaları bildiriblər ki, seçkilərin hakim partiyadan olan ikinci namizədi Honq Cun Piu səslərin sadəcə 23.3 faizini qazana bilib.
Qəti nəticə seçkilər sona çatdıqdan sonra elan ediləcək.
Bu məlumata görə, Cənubi Koreada prezident seçkilərində səs vermək hüququna malik olanların 77 faizindən çoxu iştirak edib.