May 25, 2017 20:20 Asia/Baku
  • Fransa prezidenti Avropanın dirçəlişinə təkid etdi
    Fransa prezidenti Avropanın dirçəlişinə təkid etdi

Fransa prezidenti Belçikanın baş naziri ilə görüşdə Avropanın dirçəlişi ilə bağlı əzmkarlığına təkid edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Makron cümə axşamı Belçikanın baş naziri Şarl Mişel ilə birgə mətbuat konfransında deyib: Avropanı yenidən qurmaq lazımdır və bu yenidənqurma habelə, Avrozonanın səmərəliliyini təmin etmək bizim nəslin üzərinə düşən bir vəzifədir.

Makron seçki kampaniyasının böyük bir hissəsinin Avropa ilə bağlı olduğuna işarə edib və deyib: Seçki vədlərinə əməl etmək lazımdır.

Makron Fransa 7 may tarixində keçirilən prezident seçkilərinin 2-ci mərhələsində səslərin 66%-ni əldə edərək, ifratçı sağçı rəqibi Marin Lepen üzərində qələbə çaldı.

Teqlər