Çin Cənubi Koreyaya etiraz etdi
-
Çin Cənubi Koreaya etiraz etdi
Çin Cənubi Koreyaya Amerikanın TAD raket sistemini öncədən məlumat vermədən və gizli şəkildə ölkəyə gətirildiyinə görə etiraz edib.
İRNA-nın verdiyi məlumata görə, Çin XİN sözçüsü Hua Çon İnq deyib: Rəsmi Pekin Amerikanın TAD raket sisteminin Cənubi Korea ərazisində yerləşdirilməsinin əleyhinədir və bu hərəkət Koreya yarımadasında nüvə məsələsi və sülh və sabitliyə heç bir kömək etməyəcək.
Cənubi Korea prezidenti Mun Cae İn TAD raket sisteminin bu ölkəyə gətirilməsi mövzusuna baxılmasını istəmiş olsa da bu heç də həmin sistemin yığışdırılması və əldə olunan razılaşmanın ləğv edilməsi anlamına gəlməz.
TAD sistemində 6-9 raket atan var. Deyilənlərə görə bu təsisatın 6 detalı Seulun 300 kilometrliyində olan Seunqcu bölgəsinə gətirilib
Bu amerikan raket sisteminin Koreya yarımadasında yerləşdirilməsinin qəti əleyhinə olan Çin daima bildirir ki, Seul və Vaşinqtonun bu hərəkəti region ölkələrinin təhlükəsizlik və strateji mənafelərinə zərbə vurur və regional strategiyanın davam etməsini əngəlləyəcək.
TAD ballestik raketə qarşı müdafiə sistemidir və Amerikanın Lakhid Martin silah şirkəti tərəfindən istehsal edilib.