ABŞ senatı Fələstinə qarşı qətnamə qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i271970-abŞ_senatı_fələstinə_qarşı_qətnamə_qəbul_edib
ABŞ senatı bir qətnamə qəbul edərək Beytül-Müqəddəsi sionist rejimin paytaxtı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 10:43 Asia/Baku
  • ABŞ senatı Fələstinə qarşı qətnamə qəbul edib
    ABŞ senatı Fələstinə qarşı qətnamə qəbul edib

ABŞ senatı bir qətnamə qəbul edərək Beytül-Müqəddəsi sionist rejimin paytaxtı adlandırıb.

Cəruzalım Post sionist qəzetin yazdığına görə, ABŞ senatı dünən bir qətnamə qəbul edərək Beytül-Müqəddəsi İsrailin bölünməz paytaxtı kimi tanıyıb və Donald Trampdan bu ölkənin səfirliyini Qüds şəhərinə köçürməsini istəyib. 

ABŞ senatında demokrat azlığının rəhbəri Çak Şumer bu layihəni təqdim edib və layihə bütün senatorların lehinə səsi ilə qəbul olunub. 

Bu layihə elə bir şəraitdə qəbul olunur ki, Donald Tramp ötən həftə milli təhlükəsizlik mülahizələrinə görə bu layihənin icrasını təxirə saldığını bildirmişdi. 

Donald Tramp 2016-ci il seçki rəqabətlərində ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyinə söz vermişdi.