Rusiya ABŞ-ın Suriyaya hücumlarının qınanmasını istəyir
-
Rusiya ABŞ-ın Suriyaya hücumlarının qınanmasını istəyir
ABŞ-ın Suriya dövlət qüvvələrinə hava hücumundan sonra Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməsini istəyəcək.
ABŞ ordusu çərşənbə axşamı günü bildirib: İŞİD əleyhinə ABŞ koalisiyası Suriya dövlətinin dəstəklədiyi qüvvələrin əl-Tənf sərhəd bölgəsindəki mövqelərini hücuma məruz qoyub.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası və Müdafiə Komissiyasının sədr əvəzi Franz Klintseviç çərşənbə axşamı günü deyib: İŞİD əleyhinə koalisiyanın Suriyanın cənubunda bu ölkənin dövlət qüvvələrinə hücumundan sonra, Rusiya tezliklə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini istəyəcək.
Franz Klintseviç əlavə edib: ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya dövlət qüvvələrinə hücumu bu koalisiyanın Suriyada silahlı qarşıdurmalarda birbaşa müdaxiləsi və düşmənçilik hərəkəti hesab olunur.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası və Müdafiə Komissiyasının sədr əvəzi deyib: Rusiyanın Suriyadakı hərbi bazaları münasib və tam şəkildə S-300 və S-400 raket sistemləri tərəfindən dəstəklənir.