Putin Tehran terror aktını qınadı
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarına ünvanladığı müraciətdə Tehran terror aktını qınayıb.
İRNA-nın məlumatına görə, Vladimir Putin çərşənbə günü İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanlanmış müraciətdə Tehran terror aktında bir qrup İran vətəndaşının ölməsi və yaralanması münasibəti ilə başsağlığı verib.
Rusiya prezidentinin müraciətində deyilir: bu cinayət terrorizm ilə mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi zərurətinə növbəti təkid idi və mən bu cinayəti qətiyyətli formada qınayıram.
Rusiya prezidenti həmçinin, Moskvanın terrorizm ilə mübarizədə Tehran ilə əməkdaşlığa hazır olduğunu deyib.
V.Putin öz müraciətinin davamında hadisə qurbanlarının yaxınlarının kədərini bölüşüb və bu terror aktında xəsarət alanlara sağlamlıq və şəfa diləyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da Tehran terror aktlarını misilsiz adlandırıb və deyib: Bu terror aktları terrorizm ilə amansız şəkildə mübarizənin zəruri edir.
Kreml sarayının sözçüsü də Tehran terror aktları barədə deyib: Bu cinayət ən ağır formada qınanmalıdır. Həmçinin, bu hücum aktı terrorizm ilə birgə və ahəngdar mübarizənin zəruriliyinə bir təkid sayılır.
İŞİD terrorçuları çərşənbə günü səhər İran Parlamentinin inzibati binasına və Tehranın qərbində yerləşən İmam Xomeyni(r.ə)-in məqbərəsinə hücum ediblər. Bu iki terror hücumu bir qrup İran vətəndaşının şəhid olması və yaralanması ilə nəticələnib.