İngiltərə seçkilərində səslərin sayılışı başa çatıb
İyun 09, 2017 19:22 Asia/Baku
İngiltərənin baş naziri partiyasının bu ölkənin parlament seçkilərində yerlərin əksər hissəsini əldə etməkdə uğursuz qalmasına rəğmən, yeni nazirlər kabinetinin təşkilindən xəbər verib
Fars xəbər agentliyinin məlumatına görə, İngiltərə parlament seçkilərində səslərin sayılışının başa çatması ilə məlum olubdur ki, bu ölkədəki siyasi partiyaların heç biri parlamentin 650 yerindən minimum 326 yeri əldə edə bilməyibdir.
Bu məlumata görə, İngiltərənin baş naziri Tereza Mey İngiltərə kraliçası ilə görüşündən xəbər verib və bildiribdir ki, kraliçadan koalisiya dövlətinin təşkili icazəsini alıbdır.