Rusiya Qətər böhranından nigaranlıq etdi
-
Sergey Lavrov
Rusiya xarici işlər naziri Qətər xarici işlər naziri ilə görüşdə bu ölkənin ərəb ölkələri ilə əlaqələrinin kəsilməsini nigaranedici adlandırıb.
İTAR-TASS-ın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü Qətər xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani ilə görüşdə deyib: Rusiya ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsindən nigarandır.
Lavrov əlavə edib: Moskva başqa ölkələrin daxili məsələləri və ya ikitərəfli münasibətlərinə müdaxilə etmir. Lakin hazırkı vəziyyət və bəzi ərəb ölkələrinin əlaqələri kəsməsi nigaranedicidir.
Lavrov Rusiyanın bu böhranda müdaxiləsi olan ölkələrlə təması dəstəklədiyini bildirib: Rusiya prezidenti regionda prezidentlərlə telefonla söhbət edib və bu səylər davam edəcəkdir.
Qətər xarici işlər naziri də terrorizmi Yaxın Şərq və dünyanın əsas təhdidi adlandırıb və onunla mübarizə üçün səylərin koordinasiyasının əhəmiyyətini vurğulayıb.
Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsi ABŞ prezidentinin Ərəbistana səfərinin ardınca, Qətərlə əlaqələrini dayandırıb və bu ölkəni terrorizmi dəstəkləməkdə günahlandırıb.