İngilis yazar kitabının səhifələrini uddu
İyun 12, 2017 09:37 Asia/Baku
İngiltərədəki seçkilərdə Leyboristlər partiyasını hesaba almayan ingilis yazar şənbə günü canlı televiziya proqramında öz kitabının səhiflərindən bir neçəsini yeyib.
Matyu Qudvin Twitter səhifəsində söz verib ki, Leyboristlər partiyasının lideri Ceremi Korbin seçkilərdə 38% səs qazanarsa, Brexit haqda yazdığı kitabın səhifələrini sevə-sevə yeyəcək.
Leyboristlər partiyasının lideri Ceremi Korbin İngiltərə parlament seçkilərində 262 mandatı əldə edib. Bu da təxminən 40% deməkdir.
İngiltərədə parlament seçkiləri baş nazir Tereza Mey üçün faciəvi nəticəyə səbəb olub. Çünki Mühafizəkarlar partiyası parlamentdəki əksəriyyət potensialını itirib.