İyun 12, 2017 17:11 Asia/Baku
  • Cənubi Koreya ABŞ-ın siyasətlərindən uzaqlaşsın
    Cənubi Koreya ABŞ-ın siyasətlərindən uzaqlaşsın

Şimali Koreya Cənubi Koreyadan Pxenyan əleyhinə ABŞ-ın düşmənçilik siyasətlərindən uzaqlaşmaqla bundan artıq iki ölkə üçün problem yaratmamasını istəyib.

İRNA-nın məlumatına görə, Şimali Koreya hökumətinin siyasətlərini əks etdirən bu ölkəyə hakim Əmək partiyasının rəsmi mətbu orqanı Rodonq Sinmun qəzeti bazar ertəsi günü bildirib: ABŞ-ın siyasətləri sanksiya, iqtisadi və hərbi təzyiqdir. Cənubi Koreya Vaşinqtonun ardınca getmək yerinə, öz milli birliyinin ardınca olmalıdır. 

Bu nəşr yazıb: Cənubi Koreya ABŞ-ın ardınca getmək əvəzinə, əcnəbilərin nüfuzuna səbəb olacaq hər bir yolu bağlamalıdır. 

Şimali Koreya həmçinin Cənubi Koreyanın yeni hökumətini də tənqid edib ki, danışıqlara başlamaqla yanaşı təzyiq vasitəsindən istifadə etmək strategiyasını da icra edir. 

15 iyun 2000-ci ildə Cənubi və Şimali Koreyaların rəhbərləri Kim Dae Cunq və Kim Cunq İl iki ölkənin əməkdaşlıq sənədini imzaladılar. 

Şimali Koreya bildirir ki, ABŞ regionda hərbi qüvvələr və TAD raket sistemini Cənubi Koreyada yerləşdirməklə və müxtəlif hərbi təlimlər keçirməklə regionda gərginliyə səbəb olub. 

Teqlər