Pakistan baş naziri Paraçinar şəhidlərinin dərdinə şərik çıxdı; kompensasiya ilə
https://azeri.sahartv.ir/news/dünya-i274632-pakistan_baş_naziri_paraçinar_şəhidlərinin_dərdinə_şərik_çıxdı_kompensasiya_ilə
Pakistanın müxtəlif şəhərlərində ictimai etirazların artması ilə, bu ölkə baş naziri Paraçinar şəhidlərinin ailələrinə kompensasiya ödəməklə onların dərdinə şərik çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 13:19 Asia/Baku
  • Nəvaz Şərif
    Nəvaz Şərif

Pakistanın müxtəlif şəhərlərində ictimai etirazların artması ilə, bu ölkə baş naziri Paraçinar şəhidlərinin ailələrinə kompensasiya ödəməklə onların dərdinə şərik çıxıb.

İRİB-in məlumatıan görə, Nəvaz Şərif Xeybər Paxtunxah əyalətinin meri ilə telefonla əlaqə saxlayaraq Paraçinardakı son partlayışda həlak olanların hər birinin ailəsinə 1 milyon rupi (təxminən 10 min dollar) və yaralılardan hər birinə də 500 min rupi (təxminən 5 min dollar) ödəməsini istəyib. 

Ötən cümə günü Paraçinar şəhərində 2 terror aktında 150 nəfər şəhid olub, yüzlərlə nəfər yaralanıb.