İyul 03, 2017 10:25 Asia/Baku
  • Los-Anceles şəhərində aksiya
    Los-Anceles şəhərində aksiya

Minlərlə amerikalı bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirərək, ABŞ prezidenti Donald Trampın impiçment edilməsinə dəstək verib.

Minlərlə amerikalı dünən Los-Anceles şəhərində aksiya keçirərək, konqresdən ABŞ prezidentini impiçment etməsini istəyib.

Los-Anceles aksiyasına oxşar aksiyalar dünən Kaliforniya ştatında və Amerikanın digər nöqtələrində də keçirilib.

Bu cür aksiya Texas ştatının Astin şəhərində də təşkil olunub.

Bu aksiyanın iştirakçıları bildiriblər ki, Amerika prezidenti bu ölkənin əsas qanununu pozubdur və o, ədalətin icrasına mane olur.

Los-Anceles şəhərində keçirilən aksiyada istifadə olunan plakatların birinin üzərində yazılıbmış ki; Tramp pozğun və qanunsuz bir kukladır.

Belə bir şəraitdə yayılan bəzi məlumatlar göstərir ki, konqresmenlər Donald Trampın impiçment edilməsi üzrə layihəni hazırlayıblar.

Konqresin bəzi demoktrat nümayəndələri bildiriblər ki, Tramp ruhi xəstədir və buna görə, kənarlaşdırılmalıdır. 

ABŞ əsas qanununun 25-ci əlavəsinə əsasən, əgər prezident psixoloji baxımdan öz vəzifələrini yerinə yetirmək üçün lazımi səlahiyyətə malik olmazsa, bu vəzifədən uzaqlaşdırılmalıdır.

Donald Trampın Amerika prezident seçkilərində qalib gəlməsilə bu ölkənin müxtəlif şəhərlərində anti-Tramp etiraz dalğaları və aksiyalar başlanıb. Amerikanın müxtəlif təbəqələrinin aksiyalarının davam etməsi Tramp üçün bir problemə çevrilibdir.

 

Teqlər