İyul 12, 2017 12:01 Asia/Baku
  • Kəşmirdə 3 yaraqlı ölüb
    Kəşmirdə 3 yaraqlı ölüb

Hindistan təhlükəsizlik qüvvələri bu ölkənin nəzarətində olan Kəşmirdə üç yaraqlıya atəş açıblar. Nəticədə bu üç nəfər ölüb.

Səhər Telekanalının urdu dilli televiziyasının məlumatına görə, bu üç yaraqlı ötən gecə Kəşmirin Bədqam bölgəsində Hindistan təhlükəsizlik qüvvələri ilə qarşıdurmada ölüb. 

Kəşmirdə polislə etirazçılar arasında yeni qarşıdurmalar 8 iyulda başlayıb və indiyə qədər 200-dən çox kəşmirli həlak olub, minlərlə nəfər yaralanıb. 

Kəşmir Hürriyyət Konfransının rəhbərləri dəfələrlə bildiriblər ki, kəşmirlilərin tələbləri gerçəkləşmədiyi zamana qədər Narndra Mudi hökuməti əleyhinə mübarizələri davam edəcək. 

Kəşmir əhalisi vəziyyətin müəyyənləşməsi üçün referendum keçirilməsi haqda BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icra olunmasını istəyir. 

Teqlər