Trampın yeni sığorta layihəsi yenə uğursuz alınıb
https://azeri.sahartv.ir/news/dünya-i276700-trampın_yeni_sığorta_layihəsi_yenə_uğursuz_alınıb
Amerikada səhiyyə sığortası sisteminin dəyişdirilməsi üzrə yeni qanun layihəsi bir daha ABŞ Senatında Demokratların müxalifəti ilə üzləşərək, qəbul edilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2017 07:37 Asia/Baku
  • Trampın yeni sığorta layihəsi yenə uğursuz alınıb
    Trampın yeni sığorta layihəsi yenə uğursuz alınıb

Amerikada səhiyyə sığortası sisteminin dəyişdirilməsi üzrə yeni qanun layihəsi bir daha ABŞ Senatında Demokratların müxalifəti ilə üzləşərək, qəbul edilməyib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada səhiyyə sığorta sisteminə dəyişikliyin edilməsi üzrə olan  yeni qanun layihəsi bazar ertəsi günü axşam Demokrat senatorların müxalifətinə görə bir daha dalana dirənib. Bu, seçki kampaniyası zamanı səhiyyə sığorta sisteminə dəyişiklik və d etmiş ABŞ prezidenti Donald Tramp üçün növbəti uğursuzluq sayılır. 

Tramp bazar ertəsi günü axşam Konqres üzvlərindən ABŞ-da səhiyyə sistemindəki problemlər üçün əsaslı bir həll yolu tapmalarını istəyib. 

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın prezidentliyi dövründə qüvvəyə minmiş "Obamacare" sisteminin yenisi ilə əvəz edilməsini istəyir. 

ABŞ Senatının bazar ertəsi axşam təşkil etdiyi iclasda 2 respublikaçı senator da "Obamacare" sisteminin ləğv edilməsinə qarşı çıxıb. 

Yeni qanun layihəsinin qəbul ediləcəyi təqdirdə 22 milyon amerikalı 2026-cı ilə kimi səhiyyə sığortasından məhrum olacaq.