Avq 01, 2017 10:11 Asia/Baku
  • ABŞ Madoroya sanksiya qoydu
    ABŞ Madoroya sanksiya qoydu

Amerikanın Xəzinədarlıq Nazirliyi dünən gecə Venesuellada konstitusiyaya dəyişiklik məqsədi ilə keçirilən son təsisçilər məclisi seçkilərinin saxta olduğunu bildirərək Venesuela prezidentinə qarşı sanksiya tətbiq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Xəzinədarlıq Nazirliyi Vaşinqtonun Karakasa qarşı düşənçilik hərəkətlərinin davamında ABŞ ərazisində Nikolas Madoronun bütün əmlakına həbs qoyulub və amerikalıların onunla hərhansı ticarət əlaqələri qadağan edilib. 

ABŞ dövlət departamenti də bazar günü Venesuelada təsisçilər məclisi üçün seçkiləri pisləyərək bildirib ki, Venesuela prezidenti Nikolas Madoro hökumətinə qarşı kəskin və təcili tədbirlər həyata keçiriləcək. 

Venesuelada təsisçilər məclisinə seçkilər bazar günü keçirilib. Rəsmi statistikalara görə, səsvermə hüququna malik olanların 41 faizi( 8 milyon) seçkilərdə iştirak edib və məclisini 545 üzvünü seçib. 

Venesuelada konstitusiyaya dəyişiklik üzrə təsisçilər məclisi dövlət müxalifətinin nəzarətində olan konqresi buraxmaq və yeni konstitusiya hazırlamaq səlahiyyətinə malikdir. 

Amerikanın dəstək verdiyi müxaliflər bu seçkiləri boykot etmişdilər. 

Venesuela son aylar ərzində müxalifətin etirazlarının şahididir. 

Venesuela dövlətinin müxalifəti Nikolas Madoronu öz vəzifəsindən kənarlaşmağa məcbur etmək istəyir. 

Venesuela prezidenti ölkədəki iğtişaşlarda Amerika və onun tabeliyində olan sağçı partiyaları ittiham edir. 

Venesuellada Amerikanın dəstək verdiyi etirazçılar ümumi nəqliyyat vasitələrini yandırır, polisə hücum edir, talançılıqla məşğul olur və sakitliyi pozurlar. 

Teqlər