Google-in qadın işçiləri cinsi ayrı-seçkiliyə etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i279304-google_in_qadın_işçiləri_cinsi_ayrı_seçkiliyə_etiraz_ediblər
Google şirkətinin 60-dan çox hazırkı və öncəki işçisi cinsi ayrı-seçkilik ittihamı ilə bu şirkətə qarşı şikayət edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2017 17:24 Asia/Baku
  • Google-in qadın işçiləri cinsi ayrı-seçkiliyə etiraz ediblər
    Google-in qadın işçiləri cinsi ayrı-seçkiliyə etiraz ediblər

Google şirkətinin 60-dan çox hazırkı və öncəki işçisi cinsi ayrı-seçkilik ittihamı ilə bu şirkətə qarşı şikayət edəcək.

Avronyus xəbər kanalının məlumatına görə, Google şirkətinin qadın işçilərinin vəkillərindən olan Ceyms Finberq belə deyib: Onlar iddia edirlər ki, kişilərlə bərabər vəziyyətə və iş mövqeyinə malik olsalar da onlarla müqayisədə Google-dən aşağı əmək haqqı alırlar.

Google-in bəzi qadın işçiləri bundan öncə də demişdilər ki, onların bu şirkətdəki iş tərəqqisi anti-qadın mədəniyyətinin qurbanı olubdur.

İlk dəfə deyildir ki, Google şirkəti işçilərinə qarşı cinsi ayrı-seçkilikdə ittiham olunur.

Amerikanın Əmək Nazirliyi bu il bir hesabat yayaraq, Google-i qadın işçilərinə daha az əmək haqqı ödəməkdə ittiham etmişdi.

Son aylarda Google şirkətində, eləcə də Amerikanın digər iri texnologiya şirkətlərində cinsi ayrı-seçkilik barədə çoxlu sayda məlumat yayılıbdır.