İraq daxili işlər naziri: İranla əlaqələrin genişlənməsi ciddi şəkildə izlənir
-
İraq daxili işlər naziri: İranla əlaqələrin genişlənməsi ciddi şəkildə izlənir
İraqın daxili işlər naziri vurğulayıb ki, İran ilə İraq arasında əlaqələrin inkişafı üçün bir çox imkanlar mövcuddur. O, bildirib ki, Bağdad Tehranla əlaqələrin hərtərəfli şəkildə genişləndirilməsini ciddi formada izləyir.
Qasim Ələrəci bu gün İranın Məşhəd şəhərində Xorasane Rəzəvi valisi ilə görüşdə həmçinin bildirib ki, hər il milyonlarla zəvvar xüsusən İmam Hüseyn(ə) Ərbəini günlərində İrandan İraqa səfər edir. O, qeyd edib ki, Bağdad zəvvarların inzibatı və təhlükəsizliyinin təmini üçün xususi proqramlaşdırmalar aparıbdır.
İraqın daxili işlər naziri deyibdir ki, ölkəsinə geri döndükdən sonra Məşhəd-Nəcəf dəmiryolunun inşası məsələsini izləyəcəkdir.
Xorasane Rəzəvi valisi Əlireza Rəşidiyan da bu görüşdə iki ölkənin son dərəcə yaxşı əlaqələrə malik olduğunu bildirərək, xatırladıbdır ki, hər il çoxlu sayda iranlı zəvvar İraqa, eləcə də iraqlı zəvvarlar İrana səfər edirlər.