ABŞ-ın anti-İran hərəkətləri davam edir
https://azeri.sahartv.ir/news/dünya-i279858-abŞ_ın_anti_İran_hərəkətləri_davam_edir
ABŞ Dövlət Departamenti Vaşinqtonun İrana qarşı hərəkətlərinin davamında bir daha Amerika vətəndaşlarına İrana səfər haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 04:30 Asia/Baku
  • ABŞ-ın anti-İran hərəkətləri davam edir

ABŞ Dövlət Departamenti Vaşinqtonun İrana qarşı hərəkətlərinin davamında bir daha Amerika vətəndaşlarına İrana səfər haqda xəbərdarlıq edib.

Bu haqda dünən ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda iddia olunubdur ki, İranın təhlükəsizlik orqanları Amerika vətəndaşlarını həbs edirlər.

İrana səfər haqda xəbərdarlıq illər boyudur ki, ABŞ tərəfindən edilir və vaxtaşırı bu xəbərdarlıq yenilənir və uzadılır.

Belə bir halda, bir çox qərbli, o sıradan amerikalı turistlər Vaşinqtonun bu hərəkətlərinə məhəl qoymayaraq, İrana səfər və İranın tarixi və təbii cazibədarlıqlarını müşahidə edirlər.

Xarici turistlər daim iranlıların qonaqpərvərlikləri və xoş rəftarlarını yüksək dəyərlənidiriblər.