Barselona terror aktını törədən öldürüldü
Avq 22, 2017 11:32 Asia/Baku
İspaniya polisi Barselona terror aktının hazırlanmasında şübhəli bilinən şəxsə atəş açaraq onu öldürüb. Həmin şəxsin üzərində partlayıcı qurğu olub.
İspaniya polisi bildirib: 22 yaşlı Yunis Əbu Yəqub furqon avtomobilinin sürücüsüdür və o Las-Ramblasda 15 nəfəri qətlə yetirib.
Barselona terror aktında 15 nəfər həlak olub, 130 nəfər yaralanıb.
Mərakeş əsilli 22 yaşlı terrorçu İspaniya vətəndaşıdır.