Macarıstan sərhədlərinə hasar çəkilir
Macarıstan Avropa Birliyindən miqrantlara qarşı sərhədlərə hasar çəkilməsinin xərcinin yarısını ödəməsini istəyib.
Frans24 telekanalının verdiyi məlumata görə, Macarıstan çəkiləcək hasarın xərcinin hesabını AB-yə təqdim edib və bu birlikdən 400 milyon avroluq hasar inşası xərcinin yarısını AB-nin ödəməsini istəyib.
Macarıstan baş naziri Viktor Urbana görə, çəkiləcək hasar sadəcə Macarıstanı deyil digər Avropa ölkələrini də miqrantların hücumundan mühafizə edəcək.
Macarıstan iki il öncə bu ölkəyə miqrantların axışının qarşısını almağa başladı. Viktor Urban o vaxt bildirdi ki, Avropanın xristian köklərini müsəlmanların axını qarşısında mühafizə etmək istəyir.
İki il öncə Macarıstan miqrantlara qarşı öz cənub sərhədlərinə tikanlı məftullar çəkdi və indi kameralarla təchiz edilmiş ikinci hasarı da çəkib.
Alman rəsmilərindən biri dünən deyib ki, Macarıstanın öz həmrəyliyini nümayiş etdirməsi üçün Avropaya girmək istəyən miqrantların bir hissəsini qəbul etməlidir.