Sen 03, 2017 19:35 Asia/Baku
  • Putin Çinə səfər edib

Rusiya prezidenti BRİKS ölkələrinin 9-cu sammitində iştirak etmək üçün Çinə səfər edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putin bu bir günlük səfər zamanı çinli həmkarı Şi Cin Pinq ilə də görüşüb, danışıqlar aparmalıdır. 

Putin həmçinin, Cənubi Afrika, Misir və Meksika prezidentləri, Hindistan və Tayləndin baş nazirləri ilə də görüşməlidir. 

BRİKS sammitinin əsas gündəmində duran məsələ dünyanın mühüm siyasi məsələlərini o cümlədən terrorizm ilə mübarizə, dünya iqtisadiyyatının vəziyyəti və üzv ölkələr arasındakı ticarət əlaqələrinin durumunu araşdırmaqdır. 

Bu iclas 3-5 sentyabr tarixlərində Çinin Fuciyan vilayətində yerləşən Şiyamen şəhərində keçiriləcək. 

BRİKS təşkilatı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı özündə birləşdirir və 2006-cı ildə yaradılıb. 

Teqlər