Fransa adalarında fırtına tələfat törədib
Sen 08, 2017 09:18 Asia/Baku
Fransa adalarında dağıdıcı fırtına ən azı səkkiz nəfərin ölümünə və iyirmi üç nəfərin yaralanmasına bais olub.
"Fransa 24" televiziya kanalının məlumatına görə, "İrma" adlı dağıdıcı fırtınanın Karaib məntəqəsində yerləşən San-Bartelemi və San Martin adalarından keçməsi insan tələfatından əlavə, bu adaların təqribən 95 faizini də tam şəkildə dağıdıbdır.
Fransız rəsmilərin sözlərinə görə, fırtınanın sürəti saatda iki yüz səksən beş kilometrdən yuxarı olaraq, evlərə, binalara və qurğulara ciddi ziyan vurubdur.
Fransa daxili İşlər naziri Gerard Kolumb, fırtınanın gücünə toxunaraq, ölüm və yaralanma sayının dəyişəcəyi ehtimalının olduğunu bildirib.