Nansi Plusi Tramp əleyhinə sərt mövqe sərgilədi
https://azeri.sahartv.ir/news/dünya-i282461-nansi_plusi_tramp_əleyhinə_sərt_mövqe_sərgilədi
ABŞ Nümayəndələr Palatası azlıqlarının rəhbəri bu ölkə prezidentinin səhiyyə proqramlarının amerikalıların həyatında de-stabilliyə səbəb olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2017 12:50 Asia/Baku
  • Nansi Plusi Tramp əleyhinə sərt mövqe sərgilədi
    Nansi Plusi Tramp əleyhinə sərt mövqe sərgilədi

ABŞ Nümayəndələr Palatası azlıqlarının rəhbəri bu ölkə prezidentinin səhiyyə proqramlarının amerikalıların həyatında de-stabilliyə səbəb olacağını bildirib.

İRNA-nın məlumatına görə, ABŞ Nümayəndələr Palatası azlıqlarının rəhbəri Nansi Plusi cümə günü öz Twitter səhifəsində bu ölkə prezidenti Donald Trampın səhiyyə proqramını sərt tənqid edərək yazıb: Amerikalı ailələr öz həyatlarında stabillik istəyirlər.

Nansi Plusi yazıb: ABŞ hökuməti vətəndaşlara zərbə vurmağı dayandırmalı və sığorta xərclərini minimum səviyyədə saxlamalıdır.

ABŞ Nümayəndələr Palatasının demokrat senatoru Tim Kain də bundan öncə sabiq prezident Barak Obamanın səhiyyə sığortası üzrə ObamaCare layihəsinin alternativi olan layihəni sərt tənqid edib və deyib: Bu layihə amerikalı ailələrin həyatını məhv edəcək.

Yeni rəy sorğusunun nəticələrinə görə, amerikalıların 52% hazırda ObamaCare tibbi sığorta layihəsini dəstəkləyir.