Fransada Rohinca müsəlmanlarına dəstək aksiyası keçirilib
-
Fransada Rohinca müsəlmanlarına dəstək aksiyası keçirilib
Yüzlərlə nəfər Parisdə keçirilən piketdə iştirak edərək, Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı zorakılıqları və beynəlxalq təşkilatların bu cinayətlər qarşısında sükut etməsini qınayıblar.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, aksiya iştirakçıları şənbə günü keçirilən bu tədbirdə Myanma müsəlmanlarına qarşı zorakılıqların durdurulmasını istəyiblər.
Aksiya iştirakçıları Myanmanın xarici işlər naziri, Noble Sülh Mükafatı laureatı Anq San Suçidən Rohinca müsəlmanlarına qarşı cinayətlər qarşısındakı sükutuna son qoymasını və ya aldığı mükafatın adını "Nobel Soyqırımı və Nifrət Mükafatı"na dəyişməsini istəyiblər.
Beynəlxalq Amnistiya Təşkilatının təmsilçisi Nİna Valş bu aksiyada çıxış edərək, deyib: Bu cinayətləri məhkum edilməsi, beynəlxalq müşahidəçilərin hadisə yerinə baxış keçirməsinə icazənin verilməsi və Myanmaya silah satışının qadağan edilməsi üzrə güclü bir qətnamə qəbul edilməlidi.
BMT də Myanmanı etnik təmizləmə və soyqırımı törətməkdə ittiham edib.