Sen 21, 2017 14:40 Asia/Baku
  • Baş nazir: Yəmənin ərazisini qarış-qarış azad edəcəyik
    Baş nazir: Yəmənin ərazisini qarış-qarış azad edəcəyik

Yəmənin Milli Xilas hökumətinin baş naziri bildirib: Yəmən qüvvələri ölkə ərazisini qarış-qarış Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin işğalından azad edəcək.

Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, Milli Xilas hökumətinin baş naziri Əbdüləziz Bin Həbtur 21 sentyabrda Sənanın Səbeyn meydanında Yəmən İnqilabının ildönümü mərasimində deyib: Bu inqilab münasibəti ilə inqilabın lideri Seyid Bədrəddin Əbdülməlik və sabiq prezident İctimai Konqresin rəhbəri Əli Abdulla Salehi təbrik edirəm. Bu inqilab şəhidlərin qanı ilə əldə olunub və hökumət şəhidlərin ailələrinin vəziyyətini araşdırmağa sadiqdir. Bu inqilabı Ər-Riyad, Əbu-Dabi və ya digər ərəb paytaxtlarının otellərində oturan şəxslər deyil, Yəmən azadələri yaratmışlar. İnqilab Sənadan başlanıb və elə buna görə, dünya digər paytaxtlarla deyil, Səna ilə həqiqi anlaşma olduğu halda Yəməndə sülh reallaşacaq. Ər-Riyad və Əbu-Dabi bu ixtilafları həll etmək üçün Sənada rəsmilərlə müzakirə masası arxasında əyləşməlidirlər və xalqımız əleyhinə tətbiq etdikləri təcavüz və mühasirəni durdurmalıdırlar. Yəmənin bir hissəsini işğal ediblər, cənub vilayətləri, Marib və Təizin bir hissəsi işğal olunub. Bu vilayətlər hal-hazırda səudiyyəli və ərəb əmirliklər işğalçılarının nəzarətindədir. Biz buradan elan edirik ki, Yəmən ərazisini qarış-qarış azad edəcəyik. Heç bir halda Yəmənin ərazisinin bir hissəsindən vaz keçməyəcəyik. Onu var-gücümüzlə müdafiə edəcək və onun uğrunda savaşacağıq.

Teqlər