Venesuela: ABŞ Karakasa müharibə elan edib
https://azeri.sahartv.ir/news/dünya-i283627-venesuela_abŞ_karakasa_müharibə_elan_edib
Venesuelanın xarici işlər naziri ABŞ prezidentinin BMT Baş Assambleyasında ölkəsinə qarşı səsləndirdiyi fikirləri kəskin formada qınayıb və deyib: Donald Tramp bu çıxışı ilə Venesuelaya müharibə elan etmiş olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 07:42 Asia/Baku
  • Venesuela: ABŞ Karakasa müharibə elan edib
    Venesuela: ABŞ Karakasa müharibə elan edib

Venesuelanın xarici işlər naziri ABŞ prezidentinin BMT Baş Assambleyasında ölkəsinə qarşı səsləndirdiyi fikirləri kəskin formada qınayıb və deyib: Donald Tramp bu çıxışı ilə Venesuelaya müharibə elan etmiş olub.

Xorxe Arreza bazar ertəsi günü BMT Baş Assambleyasında çıxışı zamanı Trampın davamlı olaraq Venesuelanı təhdid etdiyini deyərək, Karakasın bu düşmənçiliklərə uyğun cavab verəcəyini bildirib. 

Tramp BMT Baş Assambleyasında etdiyi çıxışında qeyri-diplomatik bir davranış sərgiləyərək, Venesuela hökumətini diktatura adlandırıb və Karakası korrupsiya və səbatsızlıq yaratmaqda ittiham edib. Trampın bu çıxışı bir çox ölkə tərəfindən kəskin formada tənqid edildi. 

Tramp həmçinin, 25 avqustda Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.