Makron Google və Apple şirkətlərinin cəzalandırılmasını alqışlayıb
Fransa prezidenti Avropa ölkələri başçılarının iclasında Avropa Komissiyasının Google və Apple şirkətlərini cəzalandırmasını dəstəkləyib.
Rəqəmsal mövzuda Avropa ölkələri dövlət başçılarının iclasında iştirak etmək məqsədilə Estoniyanın Tallin şəhərinə səfər edən Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında iştirak edib.
Rəqəmsal sahədə uğur qazanmağın ədalətli rəqabəti tələb etdiyini bildirən Makron əlavə edib: Biz ötən il Avropa Komissiyasının qərarı və Google şirkətinin cəzalandırılmasının şahidi idik. Fikrimcə bu qərar alqışalayiqdir və Avropanın bu qurumunun şücaətini göstərir. Biz hazırda rəqəmsal dünyanın nəhənglərinin əmək qanunlarına riayət etmədiyini və digər iqtisadi sektorlarda rəqəmsal sahədə başqa fəalların səhnəyə gəlməsinin qarşısını almaq üçün öz uğurlarından istifadə etdiklərini bilirik.
Makron Avropa Komissiyasının rəqəmsal fəaliyyətlərə vergilərin tətbiq olunması üzrə təşəbbüsünü alqışlayıb.