Bayden: Nüvə anlaşmasından çıxmaq Amerikanı təcrid edəcək
Okt 06, 2017 16:01 Asia/Baku
Amerikanın keçmiş vitse-prezidenti ölkəsinin nüvə anlaşmasından çıxmasının Vaşinqtonun dünyada təcrid olmasına bais olacağını bildirib.
Londonda çıxan Qardian qəzetinin yazdığına görə, Amerikanın keçmiş vitse-prezidenti Co Bayden vurğulayıb ki, MAQATE İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edib. O, deyib: Hətta Tramp dövləti belə, bu məsələni təsdiq edibdir.
Amerikanın keçmiş vitse-prezidenti Vaşinqtonun beynəlxalq arenada "qaranlıq yol"u keçdiyini bildirərək, vurğulayıb ki, yeni anlaşma üçün yeni müzakirələr təqdirində, dünya daha Amerikaya dəstək verməyəcəkdir.
Bayden həmçinin nüvə anlaşmasından çıxmağın Amerikanı Şimali Koreya ilə oxşar müzakirələr aparmaqda aciz edəcəyini bildirib.
Teqlər