Okt 15, 2017 14:18 Asia/Baku
  • Laqard: İran qarşısında Beynəlxalq Valyuta Fondunun dəyişilməsi üçün əsas yoxdur

Beynəlxalq Valyuta Fondu ABŞ prezidentinin bu fondun icraiyyə direktorlarına İran İslam Respublikasına imkanların verilməməsi ilə əlaqədar etdiyi müraciətinə reaksiyada bildirib ki, Beynəlxalq Valyuta Fondunun İran qarşılığında siyasətlərini dəyişməsi üçün əsas yoxdur.

İRİB-in məlumatına görə, Kristin Laqard şənbə günü Beynəlxalq Valyuta Fondunun 199 üzvünün olduğuna toxunaraq deyib: Bir ölkə, o cümlədən İran İslam Respublikası bu fonddan kredit istəyərsə, o ölkə üçün şəraiti yaradırıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də son vaxtlar ABŞ prezidentinin bu qeyri-diplomatik müraciətinə reaksiyada deyib: İran İslam Respublikasına imkanların verilməməsi ilə əlaqədar Trampın Beynəlxalq Valyuta Fonduna müraciəti onun beynəlxalq təşkilatların iş prosesindən məlumatlı olmaması, həmçinin bu təşkilatların daxili məsələlərində açıq-aşkar müdaxiləsindən qaynaqlanır.

Donald Trampın iqtidara gəlməsi ilə Vaşinqton hər zamankından daha çox İran İslam Respublikasına zərbə vurmaq ardıncadır.

Teqlər