Beynəlxalq arenada ABŞ-ın naməlum taleyi
-
Beynəlxalq arenada ABŞ-ın naməlum taleyi
Çin prezidenti, Pekində Kommunist Partiyasının İllik sessiyasında ölkəsinin bütün dünyaya açılacağına dayir gələcək perspektivindən danışıb.
Çin prezidentinin bu qərarı elə bir şəraitdədir ki, ABŞ prezidenti Donald Tramp özünün prezidentlik dövrünün ilk ilində Vaşinqtonu bir çox beynəlxalq və ticarət müqavilələrindən çıxarıb və İranla beynəlxalq nüvə sazişini təhdid edir.
Çin prezidenti 3 saata yaxın çıxış edib və bu uzun çıxışında özünün dünyaya inteqrasiya planlarından danışıb. O korrupsiya ilə kəskin mübarizə aparacağını və eyni zamanda heç bir müxalifətə dözməyəcəyini bildirib.
ABŞ-ın keçmiş müdafiə naziri Leon Paneta Çin prezidentinin Pekinin dünyanı nəzarətə alacağına dair bəyanatına münasibət bildirərkən deyib: Şübhəsiz prezident Şi Cin Pinq Amerikanın beynəlxalq səhnədən çıxması vasitəsi ilə yaranmış güc boşluğundan faydalanacaq.
CNN-in verdiyi məlumata görə, Leon Paneta Vaşinqtonun beynəlxalq razılaşmalardan çıxmasına toxunub və deyib: Prezident Tramp Amerikanı beynəlxalq səhnədən silir. Ticarət və iqlim müqavilələrindən çıxır, Hal-hazırda da nüvə razılaşmasını zəiflədəcək səylərlə məşğuldur. Şübhəsiz ABŞ prezidentinin " birinci Amerika" baxışı Amerikanın dünyanın rəhbərliyindən kənar çəkilməsini göstərir və bunun nəticəsində bir boşluq yaranır ki, prezident Şi həmin boşluğun çinlilər tərəfindən doldurulacağını açıq-aşkar elan etdi. Çinlilər iqlim dəyişikliyi mövzusunu öz nəzarətlərinə almaq , iqtisadiyyatı ələ keçirmək istəyirlər və tam aydındır ki, Çin prezidentinin sözlərində Çində əlavə nizam-intizama təkid olundu. Bunları nəzərə alaraq görünür Çin prezidenti 21-ci əsri Çinə ixtisaslaşdırmaq istəyir.
Amerikanın küçmiş müdafiə naziri və MKİ-nin keçmiş başçısı Çinin iqtisadi gücünə toxunaraq deyib: Bu ölkə dünyada öz yerini tutarsa və bütün dünyanın maliyyə, ticarət, təhülkəsizlik və sayir sahələrdəki əlaqələr vasitəsi ilə biri-birindən asılı olduğunu qəbul edərsə onda demək Çin yaşadığımız dünyanın reallıqlarını rəsmən tanıyır. Halbuki ABŞ prezidenti gündəmindəki qərarları nəzərə alaraq bu reallıqları qəbul etmək istəmir.
Peneta deyib bu gün dünyanı düşündürən sual bundan ibarətdir ki, görəsən Amerika hərc-mərcliklə idarə olunacaq yoxsa məsələlərə münasibətdə ağıllı rəftar edəcək? Bu gün prezident Trampdan görünən sadəcə hərc-mərclikdir. O özünün Tvitter mesajında, çıxışları və atdığı addımlarda İqlim dəyişikliyi, ticarət müqavilələri və nüvə sazişi ilə əlaqədar öz məsuliyyətindən boyun qaçırdığını Amerikanın irəliyə doğru hərəkət strategiyasına malik olmadığını nümayiş etdirir. Bəzən o topu konqresin meydanına atır və biz konqresin nəkimi qərar qəbul edəcəyini bilmirik . Məhz buna görə də kəskin çaşbaşlıq vəziyyətindəyik və proqnoq vermək çətindir, bu isə istər daxildə istərsə də xaricdə Amerika mövqeyində tam çaşbaşlıq kimi qiymətləndirilir.