Tramp "Boinq" və "İranAir" müqaviləsini ləğv edə bilər
-
Tramp "Boinq" və "İranAir" müqaviləsini ləğv edə bilər
"Washington Free Beacon" internet portalı ABŞ-ın "Boinq" təyyarəqayırma şirkəti ilə İran İslam Respublikasının hava yolları şirkəti "İranAir" arasında təyyarə satışı ilə bağlı imzalanmış müqavilənin ABŞ prezidenti Donald Tramp tərəfindən ləğv edilməsi ehtimalından xəbər verib.
"Washington Free Beacon" internet portalının verdiyi məlumata görə, Tramp ABŞ Konqresi tərəfindən bu müqaviləni ləğv etməsi üçün ciddi təzyiqlərə məruz qalıb.
ABŞ Konqresi "İranAir"in bu təyyarələrdən Yaxın Şərqtə "yaraqlıları" daşımaq üçün istifadə edəcəyi ehtimalını bəhanə edərək, Trampa təzyiq göstərirlər.
ABŞ Konqresinin üzvü Peter Roskam bu müqavilənin başlıca müxaliflərindən biri olaraq "İranAir" şirkətini İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın qolu adlandırıb və gülünc bir iddia irəli sürüb: İran bu təyyarələrdən hərbi məqsədlər üçün istifadə edəcək.
Roskam son bundan öncə də ABŞ-ın baş prokuroruna məktub göndərərək, "Boinq" ilə "İranAir" arasındakı müqavilənin detallarının açıqlanmasını istəmişdi.
ABŞ-ın Federal Məhkəməsi də bundan öncə dəfələrlə İsrailin maraqlarını təmin etmək və İranın mal varlığını mənimsəmək məqsədi ilə əsassız və qondarma bəhanələrlə İran İslam Respublikasını "terrorizmin qurbanı" adlandırdığı tərəflərə kompensasiya ödəməyə məhkum edib.