Con F Kennedinin ölümü ilə bağlı sənədlərin bir hissəsi yayımlanıb
https://azeri.sahartv.ir/news/dünya-i285781-con_f_kennedinin_ölümü_ilə_bağlı_sənədlərin_bir_hissəsi_yayımlanıb
ABŞ-ın Milli Arxivi prezident Con F Kennedinin ölümü ilə bağlı məxfi sənədlərin 2800 səhifəlik bir hissəsini yayımlayıb. Bu sənədlər indiyə kimi məxfi sənədlər sırasında idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2017 11:13 Asia/Baku
  • Con F Kennedinin ölümü ilə bağlı sənədlərin bir hissəsi yayımlanıb
    Con F Kennedinin ölümü ilə bağlı sənədlərin bir hissəsi yayımlanıb

ABŞ-ın Milli Arxivi prezident Con F Kennedinin ölümü ilə bağlı məxfi sənədlərin 2800 səhifəlik bir hissəsini yayımlayıb. Bu sənədlər indiyə kimi məxfi sənədlər sırasında idi.

Uzun sürən vədlərin ardınca Con F Kenndinin ölümünə dair məxfi sənədlərin sadəcə bir hissəsi yayımlanıb. ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirməyəcək hissəsi. Əgər sənədlər tam formada yayımlansa idi, bəlkə də Li Harvinin taleyinə də həmişəlik olaraq aydınlıq gətirilmiş olardı.

Li Harvi ona qarşı irəli sürülən ittiham barəsində hələ o zaman belə demişdi: “Mənə qarşı kimsə belə bir ittiham irəli sürməyib. Sadəcə burda olan jurnalistlər belə bir sual irəli sürməklə bu işi görmüş olublar. Onu mən öldürməmişəm.”

Bu müsahibənin ardınca Harvi şübhəli şəkildə qətlə yetirildi. Qatil də tez bir zamanda “xəstəlik” üzündən vəfat etdi.

ABŞ Konqresi 40 il öncə, hadisə ilə bağlı aparılan geniş araşdırmaların ardınca, ikinci bir atıcının olması versiyasını irəli sürdü.

“Kennedinin Qətli” kitabının müəllifi Ceyms Fitzer daha öncə aşkar və gizli təzyiqləri nəzərə alaraq, hadisə ilə bağlı sənədlərin sadəcə bir hissəsinin yayımlanacağını proqnoz etmişdi: “Bu sənədlər çox dəyərli məlumatlara malikdir. İndi, bu sənədlərin hamısının yayımlanıb-yayımlanmayacağını gözləmək lazımdır. Baxmayaraq ki, mən Trampa olan ümidlərimi itirmişəm.”

Fidel Kastro də hələ uzun illər öncə cinayətin ABŞ başçıları və generalları tərəfindən törədildiyini demişdi. Hər halda, elə təhlükəsizlik qrumlarının təzyiqləri nəticəsində Tramp hələlik, 6 ay müddətinə sənədlərin tam formada yayımlanmasından vaz keçməyə məcbur olub.

Bir zamanlar Kennedinin həyat yoldaşı Jaklin də bəzilərinin işi ört-basdır etmək istədiklərini deyərdi. Amma, daha sonra varlı bir kişiyə ərə gedərək, keçmişi unutdu. İndi isə artıq həyatda deyil.