Putin və Makron: Nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi qəbuledilməzdir
Noy 03, 2017 11:00 Asia/Baku
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron dünən gecə bir telefon danışığında vurğulayıblar ki, İranla nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi qəbuledilməzdir.
Rusiya və Fransa prezidentləri fransız tərəfin istəyilə həyata keçirilmiş bu telefon danışığında nüvə anlaşmasının icrası vacibliyini vurğulayıb və ona dəstək veriblər.
Rusiya və Fransa prezidentləri həmçinin Suriya məsələləri barədə danışıblar. Onlar bu zaman Astana şəhərində keçirilən suriyalı-suriyalı müzakirələrin yeddinci dövrünün nəticələrini araşdırıblar.
Putin və Makron Suriya böhranının həlli gedişində birgə addımlar və əməkdaşlığın önəmini vurğulayıblar.