Noy 05, 2017 15:09 Asia/Baku
  • Fransız qadın şəxsiyyətlər cinsi zorakılıqlara qarşı planın icrasını vurğulayıblar

Yüzə yaxın fransız qadın şəxsiyyət bu ölkənin prezidentindən qadınlara qarşı cinsi zorakılıqlar ilə mübarizə üzrə təcili tədbir görməsini istəyib.

Fransa hüquq cəmiyyətinə üzv yüzə yaxın fransız qadın, o sıradan yazıçı, kinematoqraf, jurnalist, həkim və aktrisa “Cournal Do Dimans” qəzetində bir məqalə dərc etdirərək, bu ölkə prezidenti Emmanuel Makrondan cinsi zorakılıqlarla bağlı şikayətlərə ciddi yanaşmasını istəyibdir.

Məqalədə deyilir: Hər iki fransız qadından biri cinsi zorakılığın qurbanı olubdur. Onların bəziləri öldürülüblər və hazırda dünyada deyillər. Bəzi digər qadınlar, o cümlədən əlillər, hormon çatışmazlıqlarından əziyyət çəkən kəslər və ya irqi zorakılıqların qurbanı olan qadınlar isə bundan öncə bu kimi zorakılıqların qurbanı olublar.

Fransa hüquq cəmiyyətinə üzv olan bu fəal qadınlar həmçinin münasib həll yolları və siyasətlərin icrası ilə qadınların təhlükəsizliyinin artmasına yardım edilməsini istəyiblər.

Qərb ölkələrində qadınların, iş mühitlərində cinsi zorakılığa məruz qalmaları həmin ölkələr üçün böyük nigarançılıqlar və problemlərdən birinə çevrilibdir.

 

 

Teqlər