Noy 08, 2017 19:52 Asia/Baku
  • Amano, İranın nüvə fəaliyyətlərinin tənqid olunmasını rədd edib

MAQATE-nin baş direktoru müfəttişlərin əl çatmaq imkanına malik olmadıqları hərbi təsisatlarda İranın qadağan olunmuş fəaliyyəti ehtimalı barədə tənqidləri rədd edib.

Vaşinqton Post qəzeti MAQATE-nin baş direktoru Yukiya Amanoya istinadla yazıb: İran agentliyin müfəttişləri üçün maneə törətməyibdir.

MAQATE-nin baş direktorunun sözlərinə görə, nüvə anlaşması ötən il agentliyin işini ikiqat artırıb və təftişlər üç mindən çox iş gününə ehtiyaclı idi ki, bu da hər bir digər ölkədən çoxdur.

Amano söyləyib: Agentliyin kameraları hər gün yüz minlərlə təsviri təqdim edir; müfəttişlər iki min aparatı plomblayıblar ki, onların fəaliyyəti dayandırılmış olsun.

MAQATE-nin baş direktoru sonra deyib: Toplanan məlumatlar İrnaın öz öhdəliklərinə sədaqəti barədə agentliyin səkkiz dəfə uğurlu qərarının əsasını təşkil edir.

Teqlər