ABŞ ictimaiyyəti Trampın prezidentliyinin bir illiy ərəfəsində
https://azeri.sahartv.ir/news/dünya-i286295-abŞ_ictimaiyyəti_trampın_prezidentliyinin_bir_illiy_ərəfəsində
Donald Trampın ABŞ-a prezidentliyindən bir ilin keçməsi ilə bu ölkə ictimaiyyəti daha çox parçalanma ilə qarşılaşmışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2017 08:23 Asia/Baku
  • ABŞ ictimaiyyəti Trampın prezidentliyinin bir illiy ərəfəsində
    ABŞ ictimaiyyəti Trampın prezidentliyinin bir illiy ərəfəsində

Donald Trampın ABŞ-a prezidentliyindən bir ilin keçməsi ilə bu ölkə ictimaiyyəti daha çox parçalanma ilə qarşılaşmışdır.

Donald Trampın ABŞ-a prezidentliyindən bir ilin keçməsindən sonra, o özünün ləğv etmək və metodunu qəbul etdirmək xüsusiyyətinə malik şəxs olduğunu sübuta yetirmişdir. 

O tədricən və yavaş-yavaş eks-prezident yəni Barak Obamanın bütün qərarlarını ləğv etməkdədir. Misal üçün ObamaCare. 

Donald Trampın prezidentliyindən bir il ötür. O hələ də bu işi yerinə yetirə bilməyib. Hətta bir çox respublikaçı senator ObamaCare layihəsinin ləğv edilməsinə qarşıdır. 

ABŞ və Meksika arasında ayrıcı divarın çəkilməsindən, müsəlmanların ABŞ torpağına gəlişinə mane olmağa qədər vədlərlə Donald Tramp miqrantlarla mübarizəyə qalxmışdır. Ötən sentyabr ayında ABŞ prezidenti bir çox partiya üzvlərinin qarşı çıxmasına baxmayaraq Daka layihəsini dayandırdı. Daka layihəsinə əsasən, qeyri-qanuni şəkildə öz valideyni ilə ABŞ ərazisinə daxil olan yeniyetmə və uşaqlar işləmək və yaşamaq icazəsi əldə edirdilər. Daka layihəsinin dayandırılması ilə, 800 mindən çox uşaq və yeniyetmə ABŞ-dan qovulmaq təhlükəsi ilə üzləşib. Donald Trampın qalmaqallı məsələlərindən Paris İqlim Dəyişikliyi Sazişindən çıxarmağı da misal göstərmək olar. Tramp deyib ki, bu saziş və Yer kürəsinin istiləşməsi məsələsi çinlilər tərəfindən və çinlilərə görə yaradılıb. Belə ki, ABŞ-ın işçi qüvvəsi rəqabətini itirsin. Donald Tramp Ağ Evə daxil olduğu və prezident kreslosuna əyləşdiyi zamandan ətraf mühitə zidd çoxlu qərarlar vermişdi. O cümlədən ətraf mühitə dəstək agentliyinin büdcəsinin azaldılması və neft qazıntılarının artmasını misal göstərmək olar. 

Barak Obama hökumətinin nailiyyətlərindən birini Birləşmiş Ştatların Kuba ilə diplomatik əlaqələrinin yaxınlaşması, İranla nüvə anlaşması, Paris İqlim Dəyişikliyi Sazişini qeyd etmək olar. Halbuki bütün bunlar Donald Trampın dövründə təhlükə ilə üzləşib. 

Tramp ABŞ-ın xarici siyasəti haqda müxtəlif fərmanlar imzalayıb və söz verib ki, Barak Obamanın dövründə əldə olunan bir çox razılaşmaya yenidən baxılacaq. İranla nüvə anlaşması da Tramp üçün böhranlı hissələrdən biridir. O prezident seçkiləri ilə bağlı seçkiqabağı kampaniyada vəd etmişdi ki, bu anlaşmaya yenidən baxılacaq və yenidən müzakirə olunacaq. Lakin hazırda prezidentliyindən bir ilin keçməsinə rəğmən, o bu vədini gerçəkləşdirə bilməmişdir. 

Seçkiqabağı təbliğat kampaniyası dövründə amerikalı əsgərlərin Əfqanıstanda olmalarına görə, Barak Obamanı tənqid etməsinə rəğmən, Tramp ötən avqust ayında əlavə 4 min əsgərin Əfqanıstana göndərilməsinə qərar verdi. 

Bununla belə, 2020-ci ilə qədər Donald Trampın qət etmək üçün çox uzun yolu vardır.