Noy 11, 2017 10:00 Asia/Baku
  • Avropa Birliyi nüvə anlaşmasının qorunmasını vurğuladı
    Avropa Birliyi nüvə anlaşmasının qorunmasını vurğuladı

Avropa Birliyinin BMT-dəki nümayəndəsi Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmasını vurğulayıb və bütün tərəfləri nüvə anlaşması ilə əlaqədar öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.

İRNA-nın məlumatına görə, Giom Deboyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin illik hesabatının araşdırılması üzrə BMT Baş Assambleyasında təşkil olunan iclasda deyib: Agentlik indiyə qədər ən böyük yoxlamaları ilə əlaqədar 8 hesabatda İran İslam Respublikasının nüvə anlaşmasına sadiq qaldığını təsdiqləyib. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano da bu iclasda bir daha İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləyib. 

Amano İran İslam Respublikasının nüvə obyektlərinə nəzarətlərin çox olduğunu bildirərək deyib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə çox yüksək əməkdaşlıq edir. 

Çin və Yaponiyanın ,BMT-dəki səfirləri Vu Haitao və Koro Besşo da bu iclasda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının davam etməsini dəstəkləyiblər. 

Teqlər