Bəşşar Əsədsiz Suriya böhranının həlli mümkün deyil
https://azeri.sahartv.ir/news/dünya-i287327-bəşşar_Əsədsiz_suriya_böhranının_həlli_mümkün_deyil
Sudan prezidenti bildirib: Bəşşar Əsədin iştirakı olmadan Suriya böhranının həlli mümkün deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 18:06 Asia/Baku
  • Bəşşar Əsədsiz Suriya böhranının həlli mümkün deyil
    Bəşşar Əsədsiz Suriya böhranının həlli mümkün deyil

Sudan prezidenti bildirib: Bəşşar Əsədin iştirakı olmadan Suriya böhranının həlli mümkün deyildir.

Ömər əl-Bəşir Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib: Suriyada baş verənlərin hamısı ABŞ-ın müdaxiləsinə görədir. Suriyada müharibələrin durdurulması və sülhün reallaşması Bəşşar Əsədin iştirakı olmadan praktiki olmayacaqdır.

Əl-Bəşir əlavə edib: Sudan və Rusiya əsasən ABŞ-ın ərəb bölgəsindəki müdaxilələri haqda eyni mövqeyə malikdirlər. İnanıram ki, ərəb bölgəsindəki bütün əzab-əziyyətlər ABŞ-ın müdaxiləsinin nəticəsidir. Vaşinqton Sudanın parçalanmasında rol oynadı və biz ABŞ-ın hücumları qarşısında dəstəyə ehtiyaclıyıq.