BAT-dan Şell neft şirkətinə qarşı ittiham
Beynəlxalq Amnistiya Təşkilatı İngiltərə-Hollandiya şirkəti olan Şell-i ötən əsrin 90-cı onilliyində Nigeriyanın cənub-şərq əhalisinə qarşı cinayətlərdə mühüm rol oynamaqda ittiham edib.
Beynəlxalq Amnistiya Təşkilatı dünənki hesabatında bildiribdir ki, 1990-cı ildən etibarən, Nigeriyada, xüsusən bu ölkənin Oqoniland məntəqəsində yüzlərlə nəfərin öldürülməsilə nəticələnən xalq aksiyalarının yatırılmasında Şell neft şirkətinin əlinin olmasından xəbər verən sənədlərə malikdir.
Bu məlumata görə, Şell-in 1995-ci ildən sonrakı siyasəti bu olubdur ki, məntəqənin təhlükəsizliyinin təmin edilməsi üçün Nigeriya başçılarına vertolyotlar, gəmilər və avtomobillər versin, halbuki Şell yaxşı bilirdi ki, təhlükəsizlik qüvvələri insan haqlarını pozurlar.
Beynəlxalq Amnistiya Təşkilatı bu hesabatda Nigeriya, Hollandiya və İngiltərə başçılarından istəyibdir ki, Nigeriya təhlükəsizlik qüvvələri tərəfindən insan haqlarının pozulması hallarında Şell şirkətinin rolu barədə təhqiqatlara başlasınlar.
Şell-in Nigeriya qolu öz növbəsində bu ittihamı rədd edib və təkcə Nigeriyanın ozamankı hökumətinin həmin cinayətlərdə məsuliyyət daşıdığını bildirib.
Nigeriyanın cənub-şərq məntəqəsi böyük neft istehsalı məntəqələrindən sayılır.