Avropa Parlamenti Ərəbistana silah satışı layihəsini təsdiq etdi
-
Avropa Parlamenti Ərəbistana silah satışı layihəsini təsdiq etdi
Avropa Parlamenti cümə axşamı Avropa ölkələrinə Ərəbistana silah satışını dayandırmalarını tövsiyə edən layihəni təsdiq edib.
Avropa Parlamenti Avropa ölkələrindən Ərəbistana silah satışı prosesini durdurmalarını istəyərək, bu silahların Yəməndə savaşın uzanmasına və sivil əhalinin qırğın edilməsinə səbəb olduğunu bildirib.
Avropa Parlamentinin iclasında çıxış edən nümayəndələrdən biri deyir: “Yəməndə hərbi müdaxilə nəticəsində bir faciənin şahidiyik. Avropanın bu faciədəki rolu isə heç kim üçün gizli deyil. Avropa Ərəbistana milyardlarla dollar dəyərində silah satıb və bu silahlar Yəməndə faciəyə səbəb olub.”
Avropa Parlamentinin bu günkü iclasında çıxın edənlər həmçinin, Yəmənin bir insan faciəsi ilə üz-üzə olduğunu deyərək, 10 milyondan çox yəmənli uşağın təcili humanitar yardımlara ehtiyaclı olduğu barədə xəbərdarlıq ediblər. Yaşıllar Partiyasının Avropa Parlamentindəki nümayəndəsi də Avropanın Yəməndə törədilən cinayətlərdə Ərəbistanın kənarında yer almamalı olduğunu bildirib.
Avropa ölkələri arasında Britaniya, Fransa və Almaniya Səudiyə Ərəbistanına ən çox silah satan ölkələrdirlər.
Siyasi analitiklər isə deyir: “Bu silahlar terrorçuların əlinə keçdiyi zaman vəziyyət daha təhlükəli hal alır. İraqda apardığımız araşdırmalara görə, İŞİD-in istifadə etdiyi raketlər Fransa istehsalıdır.”
2015-ci ilin martında Ərəbistanın Yəmənə qarşı hərbi müdaxiləsinin başlanmasından bəri Britaniya Ərəbistana 3.3 milyard funt sterlinq dəyərində silah satışına icazə verib. Bu silahlara müxtəlif növlü bombalar və raketlər də daxildir.