Dek 21, 2017 20:49 Asia/Baku
  • Peru prezidentin korrupsiyası əleyhinə etirazlar səhnəsidir
    Peru prezidentin korrupsiyası əleyhinə etirazlar səhnəsidir

Peru paytaxtında minlərlə nəfər ölkə prezidentinin korrupsiyası əleyhinə etiraz əlaməti olaraq aksiya keçirib.

France 24 televiziyasının məlumatına görə, Peru prezidenti Pedro Pablo Kuqinskin korrupsiya ittihamı ilə vəzifəsindən kənarlaşdırılması işi parlamentdə araşdırılır. Bununla yanaşı aksiyalar keçirilməkdədir. 

Kuqinsk cümə axşamı günü parlamentdə Odebrext şirkəti ilə əlaqədar korrusiya ittihamı ilə bağlı suallara cavab verməlidir. 

Peru prezidenti ictimai etirazları öz əleyhinə çevriliş adlandırıb və onu pisləyib. 
Kuqinsk Braziliyanın Odebrext şirkətindən rüşvət almaqda ittiham olunur. 

Latın Amerikaının bir neçə rəsmisi də bu şirkətdən rüşvət almaqda suçlanıb. 

Teqlər